“Səbail”in futbolçusu Şimkus Domantas şərəfini qoruduğu Litva millisinin DÇ-2020-nin seçmə mərhələsindəki oyunlarına dəvət alıb.
Fanat.Az xəbər verir ki. məlumatı klubun rəsmi "Facebook" səhifəsi yayıb.
25 yaşlı yarımmüdafiəçi Şimali İrlandiya, Bolqarıstan və İtaliya milli komandalarına qarşı keçiriləcək oyunlarda Litva seçməsinin qələbəsi üçün tər tökəcək.
Qeyd edək ki, Litva millisi sentyabrın 2-si Şimali İrlandiya, 5-i Bolqarıstan, 8-i isə İtaliya yığmaları ilə qarşılaşacaq.