Futbol üzrə Portuqaliya çempionatında 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Benfika”nın qonağı olub. Futbolçumuzun komandası 1:2 hesabıyla uduzub.
Renat 77-ci dəqiqədə meydana çıxıb.
4 tura 3 xal yığa bilən “Tondela” turnir cədvəlində 18 kollektiv arasında 14-cü pillədə mövqe tutub.