DÇ-2022-nin seçmə mərhələsində millimizlə qarşılaşacaq Lüksemburq yığmasının heyətində ciddi itki baş verib.
Fanat.Az xəbər verir ki, rəqibin 3 futbolçusu - Marvin Martins, Kris Filipps və Dioqo Pimentel Azərbaycanla oyunu buraxmalı olacaqlar.
Martins və Fillips zədə səbəbindən, Pimentelin isə koronavirusa yoluxduğu üçün millimizə qarşı matçda iştirak etməyəcəklər.
Qeyd edək ki, Lüksemburq - Azərbaycan görüşü sentyabrın 1-i Lüksemburq Milli Arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.