21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AÇ-2023-ün ilk seçmə oyununu idarə edəcək hakimlər bəlli olub.
Fanat.Az xəbər verir ki, gənclər millimizin Xorvatiya ilə səfər matçı Ukraynadan olan ədalət təmsilçilərinə tapşırılıb.
Velika Qoritsadakı şəhər stadionundakı qarşılaşmanın baş hakimi Denis Şurman olacaq. Ona Aleksandr Korniyko və Viktor Nijnik kömək edəcək. Dördüncü hakim funksiyasını Viktor Kopiyevski yerinə yetirəcək.
Qeyd edək ki, Xorvatiya ilə oyun sentyabrın 2-də baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mirağa