19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, təmsilçimiz ilk görüşdə meydan sahibi Serbiya ilə üz-üzə gəlib.
Qarşılaşma milli komandamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin qolunu Süleyman Damadayev vurub.
U-19 turnirdə növbəti oyununu sentyabrın 5-də Macarıstana qarşı keçirəcək.