Niderlandın 2-ci liqasında 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv səfərdə “Maastrixt”ə 0:3 hesabıyla uduzub.
38-ci dəqiqədə meydana çıxan Kökçü 54-cü dəqiqədə sarı vərəqə alıb.
5 tura 2 xal yığa bilən “Telstar” turnir cədvəlində 20 kollektiv arasında sonuncudur.