Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Türkiyənin “Bursaspor” klubunun futbolçusu bu gün baş tutan mətbuat konfransında belə danışıb:
“Portuqaliyanın gücünü bilirik. Amma biz də qələbə üçün bacardığımızı ortaya qoyacağıq. Matça yaxşı hazırlaşmışıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.