Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, türkiyəli yaşıdları ilə qarşılaşan seçməmiz 0:2 hesabı ilə uduzub.
Xatırladaq ki, bu komandalar arasında sentyabrın 3-də keçirilmiş ilk oyun da Türkiyə millisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.