AFFA bu gün keçiriləcək Azərbaycan - Portuqaliya seçmə oyunu üçün şəhid ailələrinin üzvlərinə bilet ayrılıb.
Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, bu təşəbbüs assosasiya ilə YAŞAT Fondu arasında əməkdaşlıq çərçivəsində baş tutacaq.
Xatırladaq ki, AFFA korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində YAŞAT Fondunun vasitəçiliyi ilə AÇ-2020-nin Bakıda keçirilmiş oyunları üçün də şəhid övladlarına biletlər təqdim etmişdi.