Qəbələdə təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, milli “Qəbələ”nin U-16 komandası ilə qarşılaşıb.
Görüş “Qəbələ”nin 5:2 hesablı qələbəsi ilə başa çatıb. U-15-in heyətində Eltun Babazadə və Əli Nəbizadə fərqlənib.