Futbol üzrə Kipr Kubokunda 2021/22 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin komandası “Etnikos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi “Axironas Liopetriu” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası rəqibini 4:0 hesabıyla darmadağın edərək növbəti mərhələyə yüksəlib.
Arazın adı oyunun iştirak ərizəsinə salınmayıb.