12:08 13.10.2021 950

De Byazi üçün yolun sonu - STATİSTİKA

Azərbaycan milli komandası daha bir tsikli başa vurmaqdadır. Canni De Byazinin komandası qrupda son görüşünü noyabrın 11-də Lüksemburqa qarşı keçirəcək. Bundan 3 gün sonra isə qrupumuzda müsabiqədənkənar yer alan Qətərlə Bakıda yoldaşlıq görüşü baş tutacaq. Vəssalam, bununla da italiyalı mütəxəssisin missiyası başa çatacaq. 

Tuneldə işıq görünmür

64 yaşlı mütəxəssisin ötən il iyulun 10-da  AFFA ilə bağladığı sözləşmə UEFA Millətlər Liqasını və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir. Assosiasiya onunla yeni müqavilə imzalayacaq, ya yox - bunu ilin sonunda biləcəyik. Amma De Byazinin əldə et(mə)diyi nəticə nəinki onunla anlaşmanın müddətini uzatmaq, hətta tsiklin rəsmən başa çatmadığını gözləmədən, elə indi göndərməyə əsas verir. Guya Lüksemburqu udsaq, nə dəyişəcək?  

Komanda az qala tsikli qələbəsiz başa vurur, qrup sonuncusu olacağımız isə artıq rəsmiləşib. Üstəlik, yoldaşlıq görüşlərini nəzərə almasaq, milli Canni De Byazinin rəhbərliyi altında keçirdiyi 13 rəsmi oyunda cəmi 1 qələbə qazanıb, o da ötən ilin sentyabrına təsadüf edib. 15-16 aylıq macəra yaşayan De Byazi Azərbaycan milli komandasının tarixinə ən pis əcnəbi məşqçilərdən biri kimi düşəcək. 

Foqtsdan da zəif 

Hər halda, komandamız indiyə qədər 6 xarici mütəxəssisə tapşırılıb və italiyalı ən çox şans verilən 3-4 məqçidən biridir. Qyoko Hacievski cəmi 3, Canninin sələfi Nikola Yurçeviç isə 10 oyunda iş başında olub. De Byazi isə millimizi 18 matça çıxarıb. Bu görüşlərdə komanda 2 qələbə qazanıb, 5 heç-heçə ilə kifayətlənib və 11 oyunda uduzub. 

Əvvəlki əcnəbi məşqçilərlə müqayisə etsək, italiyalı millimizlə Robert Prosineçkidən və Berti Foqtsdan zəif nəticə yadda qalıb. Bu mənada xorvatiyalı digər həmkarlarını qabaqlayıb. O, 23 matçda qazana biləcəyi maksimum 69 xalın təxminən 35 faizini əldə edib. Halbuki, millinin tarixinə ən uzunmüddətli məşqçi kimi düşmüş Berti Foqtsun göstərici faizi 31,5-ə bərabərdir. Azərbaycan millisinin böyükhesablı məğlubiyyətlərindən bir neçəsində (Polşa - 0:8, İsrail - 0:6) imzası olan Karlos Alberto Torres də komandamızı Canni De Byazi kimi, 18 oyuna çıxarıb. İtaliyalı ilə mərhum braziliyalının nəticələri eynidir. Məşhur Torres Bakıda baş tutan son oyununda - Polşaya 0:3 uduzduğumuz seçmə oyunda bilərəkdən qalmaqal yaratdı ki, üzüsulu getsin. Demirik ki, millinin hazırkı baş məşqçisi də Serbiyada dava salıb elə ordan yolunu evinə salmalı idi. Amma son 3 oyunda 3 qol buraxaraq məğlubiyyətləri sıralayan məşqçi qərarını dərhal bildirməliydi.    

Azərbaycan milli komandası əcnəbi mütəxəssislərin rəhbərliyi altında:

Robert Prosineçki 23 6 6 11 24 - 34,8%
Berti Foqts 71 15 22 34 67 - 31,5%
Canni de Byazi 18 2 5 11 11 - 20,4%
Karlos Alberto Torres 18 2 5 11 11 - 20,4%
Nikola Yurçeviç 10 1 2 7 5 - 16,7%
Qyoko Hacıyevski 3 0 1 2 1 - 11,1%

Azərbaycan milli komandası Canni De Byazinin rəhbərliyi altında: 

2020
5 sentyabr. UML. Bakı. Azərbaycan - Lüksemburq 1:2
8 sentyabr. UML. Nikosiya. Kipr - Azərbaycan 0:1
10 oktyabr. UML. Podqoritsa. Monteneqro - Azərbaycan 2:0
13 oktyabr. UML. Elbasan. Azərbaycan - Kipr 0:0
11 noyabr. YO. Lyublyana. Sloveniya - Azərbaycan 0:0
14 noyabr. UML. Zapreşiç. Azərbaycan - Monteneqro 0:0
17 noyabr. UML. Lüksemburq. Lüksemburq - Azərbaycan 0:0
2021
24 mart. DÇ. Turin. Portuqaliya – Azərbaycan 1:0
27 mart. YO. Debretsen. Qətər – Azərbaycan 2:1
30 mart. DÇ. Bakı. Azərbaycan – Serbiya 1:2
27 may. YO. Alanya. Türkiyə - Azərbaycan 2:1
2 iyun. YO. Minsk. Belarus - Azərbaycan 1:2
6 iyun. YO. Kişinyov. Moldova - Azərbaycan 1:0
1 sentyabr. DÇ. Lüksemburq. Lüksemburq – Azərbaycan 2:1
4 sentyabr. DÇ. Dublin. İrlandiya – Azərbaycan 1:1
7 sentyabr. DÇ. Bakı. Azərbaycan – Portuqaliya 0:3
9 oktyabr. DÇ. Bakı. Azərbaycan – İrlandiya 0:3
12 oktyabr. DÇ. Belqrad. Serbiya – Azərbaycan 3:1
Cəmi: 18 2 5 11 10-25 11

Azərbaycan milli komandasının bütün baş məşqçiləri

Berti Foqts - 71
Vaqif Sadıqov - 33 (21+8+4)
Robert Prosineçki - 23
Şahin Diniyev - 20
Karlos Alberto Torres - 18
Canni de Byazi - 18 
İqor Ponomaryov - 15
Kazbek Tuayev - 13 (11+2)
Əsgər Abdullayev - 13 (4+9)
Qurban Qurbanov - 12
Nikola Yurçeviç - 10
Əhməd Ələsgərov - 9 (1+8)
Ağasəlim Mircavadov - 9
Ələkbər Məmmədov - 4
Qyoko Hacıyevski - 3
Nazim Süleymanov - 1
Mahmud Qurbanov - 1
Məşqçilər Şurası - 1

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

Facebookdan bizi izləməyi unutmayın.
X