Millimizin baş məşqçisi Canni De Byazi "CBC Sport"a müsahibəsində yığma üzvü olan bir çox futbolçunun onun yığmada qalmasının tərəfdarı olduqlarlarını bildirib.
İtalyan mütəxəssis Emin Mahmudov, Maksim Medvedev, Qara Qarayev, Filip Ozobiç kimi futbolçulardan "Yığmada qalsanız, çox sevinərik" tipli mesajlar aldığını deyib.
Azərbaycan yığmasının yarımmüdafiəçisi, "Neftçi"nin kapitanı Emin Mahmudov De Byazinin millidə qalmasını niyə istədiyini Fanat.Az-a açıqlayıb:
"Canni De Byaziyə böyük hörmətim var. Onunla işləmək mənə rahatdır. Millidə qalsa, çox sevinərəm. Amma mənim işim meydanda oynamaqdır, məşqçi seçmək deyil".
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev mətbuata açıqlamasında yığmanı bu vəziyyətdən çıxara biləcək baş məşqçinin hazırda "Zirə"ni çalışdıran Rəşad Sadıqov olduğunu deyib.
Xatırladaq ki, ötən ilin iyul ayında millimizə gələn Canni De Byazinin noyabr ayının 30-u tarixində müqaviləsinin müddəti başa çatacaq. AFFA tərəfi isə italyan mütəxəssislə bağlı son qərarını açıqlamayıb.
Röya