Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
Fanat.Az Bursa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi postuna Mustafa Er təyin olunub.
42 yaşlı mütəxəssis uğursuz nəticələrdən sonra istefaya göndərilən Tamer Tunanı əvəzləyib.
Qeyd edək ki, Mustafa Er 2020-ci ilin sentyabrından 2021-ci ilin avqustunadək "timsahlar"ın baş məşqçisi olub. O, bu mövsümə heç-heçə ilə başladığı üçün müəmmalı şəkildə istefaya göndərilmişdi. Hazırda isə "Bursaspor" 25 oyundan sonra 25 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.
Mirağa