Ötən gün Xorvatiya çempionatının 27-ci turunda Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su "Hayduk"un qonağı olub.
Fanat.Az xəbər verir ki, Splitdəki derbi ərəfəsində qonaq komandanın avtobusu yerli fanatlar tərəfindən daşqalaq edilib.
Futbolçuları və zaqrebli azarkeşləri daşıyan avtobuslar Splitin girişində butulka, daş və alışqan atəşinə tutulub. Nəticədə "Dinamo"nun futbolçularının olduğu avtobusun şüşəsi qırılıb.
Mühafizə polisi fanat qrupunu nəzarətə alaraq hadisənin iğtişaş halına keçməsinin qarşısını alıb.
Qeyd edək ki, ötən gecə baş tutan oyun 0:0 hesablı heç-heçə nəticələnib.
Mirağa