Azərbaycan millisinin heyəti açıqlanmasa da, Malta toplanışına dəvət alan futbolçulardan birinin adı məlumdur.
Fanat.Az xəbər verir ki, "Visla Plotsk"da çıxış edən Anton Krivotsyuk milliyə çağırılıb.
Bu haqda Polşa klubunun rəsmi saytında xəbər verilir. Məlumatda Krivotsyukun 2019-cu ilin yazından, Litvayla yoldaşlıq görüşündən yığmada çıxış etdiyi, bu günə kimi iyirmi dörd matçda forma geyindiyi bildirilib. Müdafiəçi keçən ilin noyabrında dünya çempionatının seçmə mərhələsində Lüksemburqla, sonra isə Qətərlə yoldaşlıq görüşündə forma geyib.
Azərbaycan martın 25-də Malta, dörd gün sonra isə Latviya ilə qarşılaşacaq. Hər iki duel Maltanın paytaxtı Vallettada baş tutacaq.