Qazaxıstan çempionatında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı Vaqif Cavadovun məşqçi köməkçisi, Emil Balayevin isə qapısı qoruduğu “Turan” doğma meydanda Aktau “Kaspi”sinə uduzub – 0:1.
Millinin qolkiperinin adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. Bu da Balayevin əməliyyatdan sonra bərpa prosesini Azərbaycanda keçirməsi ilə bağlıdır.
Qeyd edək ki, Türküstan klubu üç turdan sonra cəmi 1 xal toplaya bilib və hazırda 14 komanda arasında 11-ci pillədə qərarlaşıb.