Futbol üzrə Polşa çempionatında 26-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
24 yaşlı müdafiəçimizin komandası evdə "Şlyonsk"u qonaq edib və 1:2 hesabı ilə uduzub. Stat heyətində yer alan və sona qədər meydanda qalan Krivotsyuk 54-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Bu nəticədən sonra "Visla" 36 xalla 7-ci pillədə qərarlaşıb.