Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, U-19 bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Milli görüşdən məğlub ayrılıb - 1:2. Yığmanın yeganə qoluna Nəriman Axumdzadə imza atıb.
Qeyd edək ki, tərəflərin martın 22-dəki oyununda meydan sahibləri 90+3-cü dəqiqədə penaltidən vudruğu qolla 1:0 hesablı qələbə qazanmışdı.