Futbol üzrə Malta millisinin baş məşqçisi Devis Mancanın Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, rəqib çalışdırıcı matçla bağlı fikirlərini bildirib:
"Qarşıdakı oyunlar yeni şeylər yoxlamaq, oyunçuların hazırlığını bilmək üçün platforma rolunu oynayacaq. Azərbaycan yığmasının oyunçuları tək yerli çempionatda çıxış etmir, onların beynəlxalq təcrübəsi də var.
Yerli çempionatda 20-dən çox oyun keçirdikdən sonra futbolçuların fiziki durumlarının daha yaxşı olacağını gözləyirdim. Amma legionerlər həm fiziki, həm də qidalanma baxımından daha yaxşı olduqlarını göstəriblər. Keyn Attard zədələnib. O, həm Azərbaycan, həm Küveytlə matçı buraxacaq. Yığma karyerasını başa vuracaq Andrey Agiusa gəlincə, onun millidə və ölkə futbolundakı xidmətləri yalnız alqışa layiqdir”.
Qeyd edək ki, sabah keçiriləcək Malta - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.