21:15 25.03.2022 393

Milan Obradoviç darmadağından danışdı

"Hamını Novruz bayramı münasibətilə təbrik edirəm. Sumqayıtlı azarkeşlərə təşəkkür edirəm. Onlar bizi çox gözəl dəstəklədilər və bizə lazımi enerjini verdilər. Futbolçulara da afərin. Onların sayəsində layiqli və haqq etdiyimiz qələbəni qazandıq".

Fanat.Az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç deyib.

45 yaşlı çalışdırıcı Sumqayıtda Estoniya millisinə 3:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunundan sonra qatıldığı mətbuat konfransında görüşü belə dəyərləndirib:

"Rəqibi yaxşı təhlil etmişdik. Estoniyadan bu oyunu gözləyirdik. Xüsusilə, ilk hissədəki çıxışı... Səbr etməli və öz fürsətlərimizi gözləyərək, qol vurmalı idik. İlk qoldan sonra rahatlaşma olmamışdı. Fasilədə futbolçulara bu istiqamətdə tapşırıqlar vermişdik. Bilirdik ki, Estoniya uzun ötürmələr, standart vəziyyətlər və başla oyuna üstünlük verir. Əsası odur ki, çıxışımızda həyəcan yox idi və rəqibin belə oyununa hazır idik. Belə oyunlarda rəqibin açılması üçün daha tez qol vurmaq vacib idi".

Obradoviçin sözlərinə görə, qələbəni futbolçular haqq ediblər. Komanda uduzanda isə o, məsuliyyəti öz üzərinə götürdüyünü vurğulayıb: "Tənqidi qəbul edirəm. Bu, işimin bir hissəsidir. Futbolçularımın tənqid olunmalarını isə qəbul etmirəm. Çünki onlar əllərindən gələnin ən yaxşısını ortaya qoyurlar".

Baş məşqçi dubl edən Musa Qurbanlının hücumçu keyfiyyətlərinin çox olduğunu söyləyib: "3 il əvvəl bura gələndən o, mənimlə birgədir. Musa daim qol vurmağa çalışır. Çox pozitivdir, insan kimi yüksək keyfiyyətlərə malikdir".

Serbiyalı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yaxşı münasibətlərinin olduğunu və UEFA Millətlər Liqasının seçmə tsiklində təcrübəlilərə də üstünlük vermək istəməsindən məlumatsız olduğunu bildirib: "Onunla tez-tez millini gücləndirə biləcək gəncləri müzakirə edirik. Bu sualı ona versəniz, daha yaxşı olar. Özümüzə gəldikdə, iyunda heyətimizi gücləndirə biləcək oyunçuları bir daha nəzərdən keçirəcək və qərarımızı verəcəyik".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X