Zaqreb "Dinamo"sunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli zədəsini tam sağaldıb.
Fanat.Az Xorvatiya təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bir neçə gündü fərdi hazırlıq keçən 25 yaşlı hücumçu komanda ilə məşqlərə başlayıb.
Emreli zədə səbəbindən millimizin Malta və Latviya ilə yoldaşlıq oyunları üçün toplanışına dəvət almayıb.
Qeyd edək kİ, "Dinamo" Xorvatiya çempionatının 19-cu turu çərçivəsində aprelin 3-də "Draqovolyats"ı qəbul edəcək.