Futbol üzrə Azərbaycan millisi Malta toplanışını yekunlaşdırıb.
Fanat.Az xəbər verir ki, hazırlıq çərçivəsində meydan sahibləri və Latviyayla qarşılaşan Canni De Byazinin komandası hər iki görüşü eyni hesablı (0:1) məğlubiyyətlə başa vurub.
Beləliklə, yığmanın qələbə həsrəti 10 oyuna çatıb. Komandamız sonuncu dəfə 2021-ci il iyunun 2-də Minskdə Belarus millisinə qalib gəlib.