Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə “İnqolştadt” ilə qarşılaşıb üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub.
Start "11-lik"də yer alan Dmitri 62-ci dəqiqədə əvəzlənib. Yarımmüdafiəçi 56-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
27 oyuna 19 xal toplayan “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə mövqe tutub.
Nihat