19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün ilk oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Şimali İrlandiyada keçirilən matçda yığma Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Milli qrupdakı ilk oyununda inamlı qələbə qazanıb - 2:0. Aysun Muradova və Pərvin Səfərəliyeva komandamza qələbə qazandıran qolların müəllifi olub.
U-19 növbəti sınağını aprelin 9-da Maltadan olan həmyaşıdlarına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə 17:00-da başlayacaq
Avropa çempionatı, seçmə mərhələ
6 aprel
Farer adaları – Azərbaycan 0:2
Qollar: Aysun Muradova, 20, Pərvin Səfərəliyeva, 41
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mkmaster (Şimali İrlandiya)