Futbol üzrə Çexiya 2-ci divizionunda 20-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” da növbəti matçına çıxıb.
Jijkov təmsilçisi doğma meydanda “Vlasim”lə qarşılaşıb. Nəbiyevin koşandası oyundan məğlub ayrılıb – 1:2.
Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Viktoriya” 21 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.