19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Şimali İrlandiyada Farer adaları ilə keçirilən Avropa çempionatının seçmə oyununda xoş sürprizlə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, oyunu izləyən şotlandiyalı ailə millimizə dəstək olub.
Ailənin balaca üzvü Emili isə oyundan öncə bayrağımızın şəklini kağıza çəkərək hədiyyəni U-19-un üzvlərinə təqdim edib. Millini Şimali İrlandiyada müşaiyət edən U-17-nin baş məşqçi Zamir Həsənov Emili ilə şəkil çəkdirib və özünün "Instagram" səhifəsində paylaşıb.
Qeyd edək ki, milli qrupdakı ilk oyununu Farer adalarına qarşı keçirib və 2:0 hesablı qələbə qazanıb. U-19-un heyətində Aysun Muradova və Pərvin Səfərəliyeva fərqlənib.
Qadın millisi sabah qrupda ikinci oyununu Maltaya qarşı keçirəcək.
Mirağa