Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" bu həftə Türkiyə I Liqasında "Kocaelispor"la qarşılaşacaq.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaeli təmsilçisi səfərdə baş tutacaq oyunda rəqibin bir neçə futbolçusundan, o cümlədən Namikdən ehtiyatlanır:
"Kocaelispor" cəbhəsində matçla bağlı stress hiss olunur. Baş məşqçi Mehmet Altıparmak "Bursaspor"un 4 futbolçusuna - Namik Ələskərov, İsmayıl Yüksek, Massimo Bruno və Bifoumaya qarşı xüsusi tədbir görüb. Baş məşqçi bu futbolçulara boş mövqe verməməyi tapşırıb. Belə hücumameylli oyunçuların olduğu komanda ilə görüşdə, "Gənclərbirliyi" və "Dənizlispor" matçlarında zəif təsir bağışlayan qapıçı İsməti Korcan əvəz edəcək".
Qeyd edək ki, "Bursaspor" - "Kocaelispor" matçı aprelin 10-da saat 21:30-da keçiriləcək.
Mirağa