Futbol üzrə Qazaxıstan Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi “Turan” öz meydanında “Kızıljar”la qarşılaşıb.
Qarşılaşma 0:0 hesablı bərabərliklə bitib. Zədəsini yeni sağaldan Balayevin adı oyunun sifariş ərizəsinə salınmayıb.
“Turan” hazırda 2 xalla 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Turan"ın məşqçilərindən biri Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadovdur.
Nihat