Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2023-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda E qrupunda Danimarka seçməsinin qonağı olub.
Viborq şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Danimarka 8 görüşdən sonra 24 xalla liderdir. 3 xala malik Azərbaycan yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.
DÇ-2023, seçmə mərhələ
VIII tur
Danimarka – Azərbaycan 2:0
Baş hakim: Silvia Dominqos
Baş hakimin köməkçiləri: Olqa Almeyda, Kristina Moreyra Kosta
Dördüncü hakim: Filipa Pereyra Kunha
Viborq stadionu.