11:51 12.04.2022 2118

"Ukraynalıları düşünə-düşünə yatıb-dururam" - Milan Obradoviç

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç "Fanday" nəşrinə müsahibə verib. 

Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis dünya çempionatının püşkatmasını dəyərləndirib: 

"Serbiyada DÇ-2022-nin püşkatmasına gülürdülər. Serbiya yığmasının qrupdakı 3 rəqibindən 2-nin yenə eyni komandalardır. Görünür, kimsə 4 il ərzində topları dəyişdirməyi unudub, rəqiblər eynidir. Yalnız Kosta-Rikanı Kamerun əvəzləyib. Təbii ki, Braziliya qrupun favoritidir. Amma əvvəlcə İsveçrəyə borcumuz var. Qrupdan çıxmaq üçün real şans mövcuddur. Serbiyanın son iki ildə oynadığı futbolla mundialda daha uzağa gedə bilərik. Bu komandadan gözləntilər çox böyükdür. Gözlənilməz olan yeganə məqam dünya çempionatının ilk dəfə qışda keçirilməsidir. Noyabr - dekabrda kimin hansı fiziki durumda olacağını proqnozlaşdırmaq çətindir. İlk olaraq qrup mərhələsində futboldan həzz almaq istəyirəm. Daha sonra Serbiya ilə yanaşı, simpatiya bəsləyəcəyim komanda olacaq".

Obradoviç Serbiya seçməsinə rəhbərlik etmək arzusunun olduğunu da gizlətməyib: "Milliyə rəhbərlik etmək hər bir mütəxəssisin xəyallarının zirvəsidir. Hazırda komandaya böyük mütəxəssis Draqan Stoykoviç rəhbərlik edir. Onun AVRO-2024-ün sonunadək müqaviləsi var. Yəni, mənim təyinatım baş versə, tezliklə olmayacaq".

45 yaşlı çalışdırıcı illər öncə çalışdığı Ukrayna barədə də danışıb: "Ukraynalılar bu mübaribədən qalib çıxacaqlar. Ukraynada baş verənləri ağlasığmazdır. Bu durum məni çox incidir. Təkcə ona görə yox ki, bir çox ilimi Ukraynada keçirmişəm. Həm də ona görə ki, zorakılıq və qəddarlığın istənilən təzahürünə qarşı kəskin mövqedəyəm. Xarkov, Kiyev, Vinnitsa, Vışqorod və Odessadan olanlarla daim əlaqədəyəm. Dostlarım bütün Ukraynaya səpələnib. Hər biri bu və ya digər formada müharibədə iştirak edir. Kimisi ərazi müdafiəsində, kimisi blokpostlarda, digərləri də könüllü fəaliyyətlə məşğul olur.

Ukraynalıları düşünə-düşünə yatıb-dururam. Allaha dua edirəm ki, hamısı sağ-salamat olsun. Hamınıza normal həyata qayıtmağı arzulayıram. Bilin ki, indi nə qədər dəhşətli olsa da, gec-tez buludlar yox olacaq və gün doğacaq. Siz yenidən gülümsəməyə başlayacaqsınız. İstənilən halda, bu müharibədən qalib çıxacaqsınız. Bu savaş onsuz da cəsur xalq kimi sizi daha da birləşdirəcək, cəmləşdirəcək".

Qeyd edək ki, 2019-cu ildən Azərbaycanın U-21 millisinə rəhbərlik edən Milan Obradoviç 2006 - 2013-cü illərdə futbolçu karyerasında Ukraynada "Metallist" (Xarkov) klubunun formasını geyinib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

Facebookdan bizi izləməyi unutmayın.
X