19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, B liqasında çıxış edən qızlarımız I qrupdakı son oyununda Şimali İrlandiyadan olan həmyaşıdları ilə qarşılaşıblar.
Larn şəhərindəki "İnver Park" stadionunda baş tutan görüşdə rəqib 1:0 hesabı ilə qalib gəlib.
Bu qələbədən sonra xallarını 7-yə çatdıran Şimali İrlandiya qrupu lider kimi başa vurub. Eyni xala malik Malta 2-ci, 3 xalı olan Azərbaycan millisi 3-cü yeri tutub. Xalı olmayan Farer adaları isə sonuncu olub.
Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk oyunda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Maltaya uduzub - 1:2.