21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yığma Estoniya ilə iyunun 3-də Parnu şəhərindəki “Parnu Rannastaadion”da, iyunun 7-də isə Finlandiyayla Helsinkidə “Helsinki Football Stadium”da qarşılaşacaq.
Estonlarla oyun Bakı vaxtı 20:00-da, dörd gün sonrakı matç isə 17:00-da başlayacaq.