Ötən ayın sonunda Rusiyanın "Torpedo" klubuna transfer olunan futzal üzrə Azərbaycan millisinin üzvü Rövşən Hüseynlinin işi düyünə düşüb.
Fanat.Az-ın məlumatına görə, üç həftədir klubunun düşərgəsində olan, ancaq debüt edə bilməyən təcrübəli qolkiper bu gün və sabah "Norilskiy Nikel"lə oyunlarda da meydanda görünməyəcək.
Rövşənin meneceri Marat Salyanski saytımıza verdiyi açıqlamada bunun səbəbinə aydınlıq gətirib:
"Gözlənilirdi ki, klubu Rövşəni bu həftə sifariş edəcək. "Torpedo"nun prezidenti ilə şəxsən danışmışdım, mənə belə demişdi. Amma son anda məlum oldu ki, dünənə Rusiya Futzal Federasiyasında keçirilməsi nəzərdə tutulan "ispalkom"un iclası baş tutmayıb. Bu üzdən Rövşənin sifarişi baş tutmayıb. Baxmayaraq ki, onu da komanda ilə birgə Norilskə aparıblar. Klubdan mənə dedilər ki, sözügedən iclas gələn həftənin bazar ertəsinə təyin olunub".
Mirağa