Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” də növbəti matçına çıxıb. Aue təmsilçisi səfərdə “Haydenhaym”la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, 30 oyuna 22 xal toplayan “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.
Nihat