Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Bakı Su İdman Sarayının ərazisindəki meydançada baş tutan oyun Azərbaycan yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Millinin heyətində Orxan Məmmədovla Amid Nəzərov dubl müəllifi olublar. Bundan başqa, Fuad Hüseynovla Ruslan Voronsov hərəyə bir qol vurublar.
Bundan əvvəlki görüşdə Azərbaycan millisi rəqibini 5:0 yenmişdi.
Komandalar arasında sonuncu oyun mayın 11-də olacaq.