Azərbaycan yığması iki həftə sonra Millətlər Liqasında mübarizəyə start verəcək. Amma hələ də təlim-məşq toplanışı ilə bağlı məlumat, eləcə də yığmanın heyəti açıqlanmayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, milli Qazaxıstanla oyunun hazırlıqlarına Azərbaycan Kubokunun final qarşılaşmasından dərhal sonra başlayacaq.
Baş məşqçi Canni De Byazinin də heyəti "Qarabağ" - "Zirə" oyununundan sonra açıqlayacağı gözlənilir. Hazırda Bakıda olan italiyalı mütəxəssis seçimini Premyer Liqanın son turu və kubokun final görüşündən sonra elan edəcəyi bildirilir.
Milli komandamızın Bakıda qısa toplanışın ardından iyunun 1-i səfərə yollanması planlaşdırılıb.
Qeyd edək ki, Azərbaycan Millətlər Liqasında ilk oyununu iyunun 3-də səfərdə Qazaxıstana (Nur-Sultanın "Astana Arena" stadionunda) qarşı keçirəcək.
Mirağa