Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Slovakiya Bakıya səfər ərəfəsində baş məşqçisiz qalıb.
Fanat.Az "Tvnoviny" nəşrinə istinadən xəbər verir ki, yerli federasiya baş məşqçi Ştefan Tarkoviçi istefaya göndərilib.
Bu barədə Slovakiya Futbol Assosiasiyasının İcraiyyə Komitəsi bu gün baş tutan növbədənkənar iclasda qərar çıxarıb.
Sözügedən ölkənin yığması ötən gün Millətlər Liqasının II turunda evdə Qazaxıstan seçməsinə 0:1 hesabı ilə uduzub. Tarkoviç 2020-ci ildə millinin sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında AVRO-2020-də mübarizə aparıb.
Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.
Mirağa