Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası - Plotsk “Visla”sı Qnevinodakı təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, "Visla" Polşanın aşağı liqa təmsilçisi “Xoyniçanka” ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Krivotsyuk ikinci hissədə meydanda olub.
Nihat