Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi Polşanın "Visla" komandası növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, Plotsk təmsilçisi bu gün "Rakuv"la iki görüş keçirib.
Krivotsyuk ilk matçda iştirak edib. Millimizin üzvünün start heyətdə yer aldığı oyun plotskluların böyük hesablı məğlubiyyəti ilə yadda qalıb - 0:3.
"Visla"nın baş məşqçisi eyni rəqiblə ikinci oyunda fərqli futbolçulara güvənib ki, Anton ehtiyatda qalıb.
Mirağa