Azərbaycan millisinin və "Qrasshopper"in hücumçusu Renat Dadaşov əvvəl də formasını geyindiyi İsveçrə təmsilçisinə dönəndən sonra ilk matçına çıxıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı forvard Almaniyanın aşağı liqa komandası “Veen” ilə sınaq qarşılaşmasında forma geyinib.
Qarşılaşma isveçrəlilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydana 46-cı dəqiqədə çıxan Dadaşov həmin dəqiqədə komanda yoldaşı Hayao Kavabenin vurduğu qolun ötürməsini verib.
Qeyd edək ki, Renat iyulun 9-da "Qrasshopper"lə 2+1 illik müqavilə imzalayıb.
Nihat