Polşa Ekstraklasasında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının ukraynalı müdafiəçisi Anton Krivotsyukun komandası - “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Plotsk klubu səfərdə "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Poznan “Lex”ini 3:1 hesabı ilə yenib.
Krivotsyuk sonadək ehtiyatda qalıb.
3 tura 9 xal toplayan “Visla” turnir cədvəlində 18 iştirakçı arasında liderdir.
Nihat