Futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda B qrupundakı ilk sınağında Səudiyyə Ərəbistanı seçməsi ilə qarşılaşıb.
Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qol əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə vurulub.
Bu qrupun digər görüşündə Mərakeş millisi İrana 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.