23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bürünc medal görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı kollektiv üçüncü yer uğrunda Əlcəzair seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.
Burada daha dəqiq çıxış edən Azərbaycan yığması İslamiadanın bürünc medalına sahib çıxıb. Millimiz penaltilər seriyasında 4:3 hesablı qələbə qazanıb.
***
Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bu gün üçüncülük görüşünə çıxacaq.
Fanat.Az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı kollektiv bürünc medal uğrunda Əlcəzairlə qarşılaşacaq. "Konya Cumhuriyət" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, qrup ikincisi kimi yarımfinala adlayan Azərbaycan millisi finalın bir addımlığında Türkiyəyə uduzub.