Almaniyanın 3-cü liqasında 6-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi evdə Drezden “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub.
Start "11-lik"də yer almayan Nazarov 75-ci dəqiqədə meydana çıxıb.
6 tura 3 xal toplaya bilən “Ersgebirge” 20 kollektiv arasında 19-cu pillədə mövqe tutub.
Nihat