Futbol üzrə Almaniya 3-cü liqasında 8-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi öz meydanında “Zvikkau”ya boyun əyib - 0:1.
Start "11-lik"də yer alan Nazarov 90 dəqiqə meydanda olub.
8 tura 3 xal toplaya bilən “Ersgebirge” 20 kollektiv arasında sonuncudur.