Futbol üzrə İsveçrə çempionatında 8-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Bazel”lə böyük hesabla uduzub - 1:5.
Meydana start "11-lik"də çıxan Renat 61-ci dəqiqədə əvəzlənib.
“Qrasshopper” 8 turdan sonra 12 xalla 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.