Qazaxıstanda təlim-məşq toplanışında olan Azərbaycan millisinin düşərgəsində gərginlik yaşanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, futzal millisinin baş məşqçisi Joze Alesio da Silva qapıçı Rövşən Hüseynlini heyətdən kənarlaşdırıb.
Buna Qazaxıstanla dünən baş tutan yoldaşlıq görüşündə ehtiyatda qalmasına etiraz edən qapıçının braziliyalı mütəxəssislə mübahisəsi səbəb olub. Belədə Alesio sözügedən ölkə yığması ilə hazırda davam edən ikinci görüşdə Hüseynlinin adını protokola salmayıb. Nəticədə qapıda yenə Emin Kürdov dayanıb.
Qeyd edək ki, Rövşən Hüseynli "Araz Naxçıvan" klubunda da Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edir.
Mirağa