Futzal üzrə dünya çempionatının seçmə qrup mərhələsinə hazırlaşan Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Aktaudakı "Halyk Arena"da oynanılan matçda rəqib Qazaxıstan seçməsi olub.
Qarşılaşma Azərbaycan komandasının 5:6 hesablı məğlubiyyəti ilə bitib. Yığmanın heyətində Rafael Vilela het-trik edib, digər qolları isə De Angelis Conatan və qapıçı Emin Kürdov vurub.
Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstanla ötən gün baş tutan görüşdə 3:5 hesabı ilə uduzub.