DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Polşa yığması ilə oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının açıq məşqi olacaq.
Fanat.Az futzal federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məşq oktyabrın 4-də, saat 10:30-da Bakı İdman Sarayında mətbuat üçün açıq məşqi keçiriləcək.
Məşqdən əvvəl – saat 10:10-da isə baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.
Qeyd edək ki, Polşa millisi ilə görüş oktyabrın 7-də, Bakı İdman Sarayında keçiriləcək və saat 20:00-da başlayacaq.